• Xırda vermeşilli toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 764

Tarix : 8-01-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st xırda vermeşil
1/2 ədəd toyuğun döş əti
1 dəstə yaşıl soğan
2 ədəd közlənmiş qırmızı bibər
10 ədəd orta boy göbələk turşusu
cəfəri
0.5 st qarğıdalı (konserv və ya qaynadılmış ola bilər)
4 ədəd orta boy xiyar turşusu
2 x.q. zeytun yağı

Sous üçün:
0.5 çay st. zeytun yağı
1 ç.q. sumax
2 x.q. narşərab
yarım ədəd limon suyu
1 ç.q. duz

Hazırlanması:
Əvvəlcə toyuq ətini suda qaynadıb, didirik. Xırda vermeşili biraz yağda qovurub, sonra üzərinə su əlavə edib qaynadırıq. Bişdikdən sonra hazırladığımız toyuq ətini və doğranmış digər ərzaqları vermeşilin üzərinə əlavə edib qarışdırırıq.

Sous üçün qeyd edilmiş ərzaqları da qarışdırıb, salatın üzərinə əlavə edirik.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, zeytun, ətini, sonra, turşusu, ərzaqları, toyuq, toyuğun, qaynadırıq, Bişdikdən, dəstə, yaşıl, biraz, yağda, qovurub, hazırladığımız, doğranmış, qarışdırıb, salatın
BİZİ İZLƏYİN