• Rəngarəng görünüşü ilə iştah açan tuna balığı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 34 761

Tarix : 2-08-2017, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd yumurta
150 qr tuna balıq konservi
50 qr qarğıdalı konservi
5-6 ədəd zeytun
1 ədəd xiyar
1 ədəd pomidor
4-5 yarpaq kahı
1 ədəd limon
1 x.q. xardal
duz
limon suyu

Hazırlanması:
İlk öncə kahı yarpaqlarını əlimizlə bölürük. Sonra üzərinə doğranmış pomidor, xiyar, zeytun əlavə edirik. Sonra yumurtanı suda qaynadırıq, 4 yerə bölüb, salatın üzərinə qoyuruq. Tuna balığı və qarğıdalı konservinin suyunu süzüb, üzərinə tökürük əlavə edirik. Kənarda balaca kasada xardal , duz ve limon suyu qarışdırırıq və salatın üzərinə gəzdiririk.

Nuş olsun!
Etiketlər: üzərinə, limon, xardal, Sonra, edirik, salatın, əlavə, konservi, zeytun, qarğıdalı, xiyar, pomidor, tökürük, süzüb, suyunu, konservinin, balaca, qarışdırırıq, kasada, balığı
BİZİ İZLƏYİN