• Yuxa salatı resepti

Reseptin məlumatları Baxış sayı: 197 174

Tarix : 25-01-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd lavaş
toyuq əti
1 ədəd yumurta
1 ədəd kök
göy soğan
holland pendiri
mayonez
duz, istiot

Hazırlanması:
İlk öncə toyuq əti, yumurta və kökü suda qaynadırıq. Sonra 1 ədəd lavaş sərib, üzərinə mayonez çəkib, xırda doğranmış toyuq əti, duz və istiot əlavə edirik. Üzərinə 2-ci qat lavaş səririk və mayonez çəkib, sürtgəcdən keçirilmiş yumurta, duz, istiot tökürük. Üçüncü qat üçün eyni qayda ilə lavaş sərib, mayonez vurub, sürtgəcdən keçirilmiş holland pendiri və kök əlavə edirik.
*Qeyd. Zövqə görə kök əvəzinə xırda doğranmış göy soğan da tökmək olar.

Nuş olsun!
Etiketlər: mayonez, lavaş, yumurta, istiot, toyuq, doğranmış, əlavə, edirik, keçirilmiş, sürtgəcdən, çəkib, xırda, soğan, pendiri, holland, sərib, qayda, vurub, Zövqə, tökmək
BİZİ İZLƏYİN