• Sezar salatı resepti

Reseptin məlumatları Baxış sayı: 6 323

Tarix : 29-09-2017, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 dəstə Romaine və ya Aysberq salatı (kahıda ola bilər)
10-12 ədəd krevet
50 qr. parmezan pendiri
suxari (evdə hazırlaya bilərsiniz)

Sezar sousu:
1 yumurta
100 ml. zeytun və ya günəbaxan yağı
2 ançous yağda (balıqdır, qatmaya bilərsiz)
1 ç.q. Dijion xardalı (sizdə olan xardalı istifadə edə bilərsiz)
1 x.q. limon suyu
2 diş sarımsaq
2 ç.q. parmezan pendiri
1 ç.q. vuster sousu ( yoxdursa etməyin, marketlərdə satılır)

Hazırlanması:
Sousu hazırlayaq:
Sarımsağı xırda kəsirik. Parmezanı sürtkəcdən keçiririk. Ançousları xırda xırda kəsirik.
Bütün ərzaqları blendora əlavə edin və qatılaşana kimi çalın. Qatılaşmırsa birazda yağ əlavə edin.
Romaine və ya Aysberq salatını əlimizlə bölüm boşqaba yığırıq. Sezar sousu ilə qarışdırırıq.
Krevetləri 3 dəq. tavada qızardırıq. Duz və istiot əlavə edirik. Soyuduruq. Soyumuş krevetləri salatın üstünə düzürük.
Suxariləri səpirik. Parmezan pendirinu üstünə rəndəliyirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: xırda, əlavə, sousu, xardalı, bilərsiz, üstünə, pendiri, Sezar, Aysberq, Romaine, parmezan, kəsirik, əlimizlə, bölüm, boşqaba, yığırıq, salatını, Qatılaşmırsa, ərzaqları, blendora
BİZİ İZLƏYİN