Tərkibi:1 ədəd yaşıl salat (kahı, aysberq və s.)
1 banka tuna balığı
1 kök
2 yumurta
1 pomidor
8-10 ədəd zeytun
2 x.q. konservləşdirilmiş qarğıdalı
1/2 baş qırmızı soğan
Sous üçün:
2 x.q. zeytun yağı
1 x.q. sirkə
Hazırlanması:Yumurtaları bərk olana kimi bişiririk.
Salatı kəsib və ya əllə parçalayıb dərin boşqaba qoyuruq.
Elə ora kökü sürtkəcdən keçirik.
Qarğıdalı, zeytun, tuna balığını, kəsilmiş soğan və pomidoru əlavə edirik.
Bişmiş yumurtalarıtəmizdəyib 4 yerə bölürük və salata əlavə edirik.
Sous üçün lazım olanları qarışdırıb əlavə edirik salata.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: əlavə, zeytun, edirik, salata, soğan, balığını, kəsilmiş, Qarğıdalı, keçirik, qoyuruq, sürtkəcdən, pomidoru, qarışdırıb, yumurtalarıtəmizdəyib, bölürük, olanları, Bişmiş, boşqaba, lazım, parçalayıb