• Sezar salatı resepti

Reseptin məlumatları Baxış sayı: 5 409

Tarix : 29-11-2017, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 dəstə Romaine və ya Aysberq salatı
250 qr. toyuq filesi
50 qr. parmezan pendiri
suxari (evdə hazırlaya bilərsiniz)
sezar sousu ( ayrıca hazırlanmasını yazaram istəsəz)

Hazırlanması:
Romaine və ya Aysberq salatını əlimizlə bölüm boşqaba yığırıq. Sezar sousu ilə qarışdırırıq.
Toyuq filesini elektrik qrildə və ya adi tavada qızardırıq. Duz və istiot əlavə edirik. Soyuduruq. Soyumuş toyuğu tikələrə kəsib, salatın üstünə düzürük.
Suxariləri səpirik. Parmezan pendirinu üstünə rəndəliyirik. Rəng olsun deyə pomidor düzdüm, amma bu zövg məsələsidir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: üstünə, Aysberq, sousu, Romaine, Soyumuş, toyuğu, tikələrə, kəsib, Soyuduruq, edirik, tavada, qızardırıq, istiot, əlavə, salatın, məsələsidir, pendirinu, rəndəliyirik, olsun, pomidor
BİZİ İZLƏYİN