• Şerlok salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 682

Tarix : 17-09-2014, 16:00

Bölmə : Salatlar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q bişmiş toyuq filesi
250 q marinə edilmiş şampinyon
4 bişmiş yumurta
1 baş soğan
80 q qoz
200 q mayonez
duz
istiot
bitki yağı

Hazırlanması:

Soğanı təmizləyib xırda doğrayın, tavada qızılı rəng alanadək qovurun (ona toyuq üçün ədviyyat da əlavə edə bilərsiniz, çox dadlı olur).

Bişmiş toyuq və yumurtanı xırda kubik, şampinyonu isə nazik lay-lay doğrayın.

Qozu yağsız tavada azca qovurun, xırdalayın.

Bütün ərzaqları qarışdırın, duz, istiot, mayonez vurun, üzərini qozla bəzəyin.

Nuş olsun!
Etiketlər: toyuq, istiot, tavada, doğrayın, mayonez, xırda, qovurun, bişmiş, Bişmiş, yumurtanı, kubik, nazik, yağsız, şampinyonu, ərzaqları, qozla, bəzəyin, olsun, üzərini, vurun
BİZİ İZLƏYİN