• Tuna balıqlı salat resepti

Reseptin məlumatları Baxış sayı: 4 456

Tarix : 25-08-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
4 kartof
5 yumurta
250 qr. konserləşdirilmiş Tuna balığı (suda)
100 qr. holland pendiri
1 baş soğan
1 ç.q. sirkə
1 st. qaynar su
mayonez
duz
istiot
Bəzək üçün nar və ya yaşıl soğan.

Hazırlanması:
1. Kartof və yumurta suda bişirilir. Soyudub, soyulur.
2. Baş soğan 4 yerə bölünərək, nazik doğranılır. Dərin qaba qoyulur, üstünə 1 st. qaynar su və 1 x.q. sirkə tökülür. 10 dəqiqə sonra suyu süzülür.
3. İri qabın içinə kartof sürtkəcin iri gözündən keçirilir, üstünə soğan düzülür.
4. Balığın suyu süzülür və soğanın üstünə düzülür. Düz və istiot səpilir.
Mayonez sürtülür.
5. Yumurtanın ağı sarısından ayrılır. Balığın üstünə əvvəl sarısı sürtkəcdən keçirilir, mayonez sürtülür. Sonra ağı keçirilir və mayonez sürtülür.
6. pendir sürtkəcdən keçirilərək salata səpilir.
Zövgə görə bəzəyin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: üstünə, soğan, mayonez, sürtülür, keçirilir, istiot, Balığın, süzülür, düzülür, səpilir, sürtkəcdən, qaynar, yumurta, kartof, sirkə, salata, Zövgə, bəzəyin, gözündən, olsun
BİZİ İZLƏYİN