Tərkibi:2 orta boy kartof
3 yumurta
1 xıyar
100 qr. yaşıl noxud
mayonez
duz
istiot
şüyüd
Toyuq küftəcikləri üçün:
100 qr. toyuq filesi
1 x.q. un
4 x.q. süd
1 yumurta ağı
duz
istiot
Hazırlanması:
1.Birinci küftəcikləri hazırlayaq.
Blendor qabına toyuq filesini, unu, südü, yumurta ağını, duzu, istiotu əlavə edirik. Və tam bir birinə qarışana kimi blendordan keçirdirik. Gözəl və havalı alınır. Qazanda su qaynamağa qoyuruq, su qaynayan zaman çay qaşığı ilə toyuğdan götürüb top halına salıb suya əlavə edirik. 3-5 dəqiqə bişirib sudan çıxardırıq. Soyuduruq.
2.Kartof və yumurtalar suda bişməlidir. Qabığını soyub, soyuduruq.
3.Dərin bir qaba kartofu, yumurtaları, xıyarı kubik şəklində kəsirik.
4.Göyərtini xırda doğrayırıq.
5.Yaşıl noxud əlavə edirik.
6.Duz və istiot səpirik.
7.Mayonez əlavə edib hamısını yaxşı qarışdırırıq.
8.Salat qabına əvvəl salatı qoyuruq üstən isə toyuq küftəciklərini.
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, istiot, toyuq, yumurta, küftəcikləri, qabına, noxud, qoyuruq, yumurtaları, kartofu, xıyarı, kubik, sudan, Dərin, soyub, yumurtalar, çıxardırıq, Kartof, bişməlidir