• Uğurlu salat resepti

Reseptin məlumatları Baxış sayı: 15 623

Tarix : 24-09-2014, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q hisə verilmiş kolbasa
6 ədəd ortaboy pomidor
1 x.q. xaş-xaş
250 q holland pendiri
3 diş sarımsaq
400 ml ədviyyatlı mayonez və ya xama
200 q suxarı
duz

Hazırlanması:
Pomidorları yuyun. Kolbasa, pomidor və pendiri kubik doğrayın.

Bir qabda suxarı, kolbasa, pendir, pomidor, əzilmiş sarımsaq, xaş-xaş və mayonezi qarışdırın. Duz vurun.

Suxarılar pomidorun suyunu çəkir. Əgər xırt-xırt xoşlayırsınızsa, salatı hazırlayan kimi süfrəyə verin. Yumşaq olmasını xoşlayanlar isə 2 saat gözləsinlər.

Nuş olsun!
Etiketlər: pomidor, pendiri, sarımsaq, suxarı, kolbasa, çəkir, xoşlayırsınızsa, suyunu, salatı, pomidorun, vurun, Suxarılar, hazırlayan, süfrəyə, olsun, xoşlayanlar, olmasını, Yumşaq, verin, qarışdırın
BİZİ İZLƏYİN