Tərkibi:1 ovuc keşyu
100 q qırmızı kələm
2 x.q. koreya üsulu yerkökü
1 toyuğun döş əti
2 x.q. düyü
100 q qarğıdalı
duz
istiot
1 çimdik keşniş toxumu
70 q bərk pendir
1 ç.q. limon şirəsi
Hazırlanması:Toyuğun döş ətini doğrayın, yağda qovurun, duz, istiot vurun, düyünü əlavə edin, 1 st. su töküb düyü yumşalınca bişirin. Soyudun. Kubik doğranmış pendir əlavə edin.
Nazik doğranmış qırmızı kələmi koreya üsulu yerkökü, limon şirəsi, duz, istiotla qarışdırın. Toyuq ətini, qarğıdalını, keşniş toxumu və keşyunu əlavə edib qarışdırın.
Nuş olsun!
Etiketlər: əlavə, pendir, keşniş, qarışdırın, limon, şirəsi, doğranmış, ətini, istiot, toxumu, koreya, qırmızı, yerkökü, üsulu, olsun, Kubik, Soyudun, bişirin, Nazik, kələmi