• Kolbasa və Koreya üsulu yerkökü ilə venesiya salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 764

Tarix : 2-10-2014, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q istənilən hisə verilmiş kolbasa
200 q Koreya üsulu yerkökü (çox acı olmasın)
200 q bərk yağsız pendir
böyük təzə xiyar
1 banka şirin qarğıdalı
mayonez

Hazırlanması:
Xiyarı yuyun, (qabığını da təmizləyə bilərsiniz), nazik saman kimi doğrayın. Kolbasanı da saman kimi doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin. Qarğıdalının suyunu süzün.
Koreya üsulu yerkökünü, xiyarı, kolbasanı, pendiri və qarğıdalını salat qabında mayonezlə qarışdırın.
Bu salata duz və ədviyyat vurmaq lazım deyil - hisə verilmiş kolbasa və Koreya üsulu yerkökü onları əvəz edəcək.

Nuş olsun!
Etiketlər: Koreya, üsulu, saman, yerkökü, doğrayın, kolbasa, verilmiş, kolbasanı, pendiri, salat, xiyarı, qarğıdalını, süzün, Qarğıdalının, suyunu, qabında, yerkökünü, mayonezlə, deyil, onları
BİZİ İZLƏYİN