Tərkibi:1 banka tuna konservi
4 təzə pomidor
2 kartof
2 yumurta
zeytun
cəfəri, göy soğan
Sous üçün:4 ç.q. bitki yağı
0,5 x.q. limon şirəsi
tuna konservinin suyu
Hazırlanması:Kartof və yumurtanı bişirin. Soyudub təmizləyin. Kartofu ya saman kimi, ya da kubik doğrayın. Yumurtanı sürtgəcin iri gözündən keçirin. Pomidorları ya nazik dilim, ya da kubik doğrayın. Balığın suyunu bir qaba süzüb özünü çəngəllə əzin.
Sous üçün bitki yağını balığın suyu və limon şirəsi ilə qarışdırın.
Salatı üzərinə sous gəzdirməklə lay-lay düzün:
kartof+tuna+yumurta+pomidor (inqredientlər bitincə layları təkrarlamaq olar).
Üzərini zeytun və göyərti ilə bəzəyin.
Nuş olsun!
Etiketlər: doğrayın, kubik, bitki, limon, şirəsi, zeytun, yumurta, kartof, pomidor, Salatı, qarışdırın, balığın, çəngəllə, suyunu, süzüb, özünü, üzərinə, yağını, bitincə, Üzərini