Tərkibi:350 q toyuq əti
3 ədəd qabıqlı bişmiş kartof
4 bişmiş yumurta
250 q təzə şampinyon
150 q qara gavalı
100 q pendir
1 xiyar
100 q mayonez
Hazırlanması:Kartof və yumurtanı təmizləyin, qara gavalının üstünə qaynar su töküb bir qədər saxlayın, süzün.
Kartofu və toyuq ətini xırda kubik doğrayın. Yumurtanı sürtgəcdən keçirin, qara gavalını saman kimi doğrayın.
Göbələyi təmizləyin, 4-6 yerə bölün, bir qədər bitki yağında 3 dəqiqə qovurun, duz, zövqünüzə görə göyərti qurusu (oreqano, bağ kəkotusu və s.) əlavə edin.
Xiyarı saman kimi, ya da yarımhalqa doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Salatı porsion variantda hazırlamaq istəyirsinizsə, halqadan istifadə edin (yoxdursa, plastik butulkadan bir hissə (altsız) kəsə bilərsiniz).
Sonra salatı lay-lay düzün.
Alt qatda qara gavalı olacaq.
İkinci lay toyuq ətidir. Onun üzərinə mayonez çəkin.
Üçüncü lay - kartof.
Dördüncü - şampinyon.
Beşinci - yumurta + mayonez.
Üzərinə pendir səpin.
Salatı tamamlamaq zövqünüzə görədir: xiyarın lay-lay (yarımhalqa), yaxud da saman kimi doğranmış variantından istifadə edərək salatı bəzəyin.
Nuş olsun!
Etiketlər: mayonez, doğrayın, saman, toyuq, təmizləyin, yarımhalqa, keçirin, qədər, zövqünüzə, salatı, istifadə, sürtgəcdən, Salatı, şampinyon, yumurta, kartof, gavalı, bişmiş, pendir, düzün