• Yeni il mimoza salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 9 350

Tarix : 25-08-2019, 16:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd kartof
4 ədəd yerkökü
2 ədəd yumurta
1 toyğun döş əti
2 ədəd turşu xiyar
surtgəcdən keçirilmiş 100 qr holland pendiri
Duz, istiot, mayonez

DEKOR üçün:
1 ədəd yaşıl bibər
1 ədəd bişmiş yerkökü
4 ədəd yumurtanın ağı
1 ədəd pomidor
Konservləşdirilmiş qarğıdalı
Konservləşdirilmiş qara zeytun

Hazırlanması:
Mimozanı hazırlamaq üçün bişmiş kartof, yumurtanın sarısı, yerkökünü növbə ilə sürkgəcdən keçirib arasına duz, istiot və mayonez səpin. Sonra didilmiş döş əti, xırda doğranmış turşu xiyar və rəndələnmiş holland pendirini eyni qaydada salatın üzərinə düzün. Salatı bıçaq və əlinizlə qar adam formasına gətirin. Daha sonra yumurtanın ağını sürtgəcin xırda gözündən keçirib salatın üzərini onunla örtün. Göz, qaş və düymələri konservləşdirilmiş zeytunla düzəldin. Pomidorla qar adamın ağzını, yerkökü ilə burun və şərfini hazırlayıb yapışdırın. Fantaziyanızı işə salıb başqa tərəvəz və meyvələrdən bəzək kimi istifadə edə bilərsiniz.

Yeni il mimoza salatı resepti - FOTO RESEPT Yeni il mimoza salatı resepti - FOTO RESEPT
Yeni il mimoza salatı resepti - FOTO RESEPT Yeni il mimoza salatı resepti - FOTO RESEPT
Yeni il mimoza salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yerkökü, yumurtanın, mayonez, istiot, kartof, bişmiş, salatın, xırda, holland, Konservləşdirilmiş, turşu, keçirib, xiyar, konservləşdirilmiş, onunla, örtün, düymələri, sürtgəcin, gətirin, formasına
BİZİ İZLƏYİN