• Mizeriya salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 077

Tarix : 4-10-2014, 12:00

Bölmə : Salatlar / Foto reseptlər / Praktik reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Fransız dilindən hərfi tərcümədə "mizeria" - "kasıbçılıq" deməkdir. Bunu tərkibinə və hazırlanma qaydasının sadəliyinə görə belə adlandırıblar. Amma çox güman ki, bu salatın adında fransız aristokratiyasının adi kəndli süfrəsinə münasibəti əks olunur. Sadəliyinə rəğmən, salatın qeyri-adi dadı var.

Tərkibi:
250 q xiyar
1/3 dəstə göy soğan
1/3 dəstə şüyüd
100 q xama
1 x.q. limon şirəsi
1 ç.q. şəkər tozu
duz - zövqə görə
qara istiot - zövqə görə

Hazırlanması:
Xiyarı nazik doğrayın. Duzlayın. Bir qədər sonra artıq suyunu sıxın.
Mizeriya salatı resepti - FOTO RESEPT


Soğanı və şüyüdü doğrayın. Xiyarla qarışdırın.
Mizeriya salatı resepti - FOTO RESEPT

Mizeriya salatı resepti - FOTO RESEPT


Xamaya şəkər tozu, istiot, limon şirəsi əlavə edib qarışdırın, salatın üstünə gəzdirin.
Mizeriya salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: salatın, şirəsi, limon, şəkər, istiot, qarışdırın, doğrayın, zövqə, dəstə, Duzlayın, qədər, sonra, artıq, hərfi, nazik, mizeria, tərcümədə, Hazırlanması, Xiyarı, suyunu
BİZİ İZLƏYİN