• Qarğıdalı salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 35 096

Tarix : 7-10-2014, 15:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
200 q hisə verilmiş toyuq filesi
1 banka qarğıdalı konservi
150 q pendir
100 q qara gavalı
2 diş sarımsaq
mayonez
göy soğan
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Hazırlanması:
Pendiri sürtgəcin iri gözündən keçirin.
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Yumurtaları bişirin, təmizləyib kubik doğrayın. Göyərtini yuyun, suyu çəkiləndən sonra xırda doğrayın.
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Toyuq filesini xırda kubik doğrayın. Qara gavalının üstünə qaynar su tökün, süzün, xırda kubik doğrayın.
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Qarğıdalının 1/3 hissəsini saxlayın, qalanını digər ərzaqlarla qarışdırın, mayonez, duz, istiot vurun. Salatı uzunsov qablara qoyun.
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Üstünə qarğıdalı dənələrini elə düzün ki, əsl qarğıdalıya oxşasın.
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Göy soğanları ortadan yararaq açın, salatın üstündən qarğıdalı yarpağıymış kimi düzün.
Qarğıdalı salatı resepti - FOTO RESEPT


Salatı soyuducuda iki saat saxlayın.

Nuş olsun!
Etiketlər: doğrayın, qarğıdalı, kubik, xırda, düzün, saxlayın, Salatı, mayonez, istiot, vurun, digər, Qarğıdalının, süzün, hissəsini, qalanını, ərzaqlarla, uzunsov, qarışdırın, qoyun, salatın
BİZİ İZLƏYİN