• Narşərab salatı esepti

Reseptin məlumatları Baxış sayı: 11 427

Tarix : 12-11-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Qırmızı pomidor - 2 ədəd
Qoz - 2 y.q.
Soğan - 1 ədəd
Narşərab - 2 ç.q.
Zeytun yağı - 1 y.q.
Sumax - 1 y.q.
Duz, istiot - çimdik


Hazırlanması:
Pomidorları yuyun, qurulayın və kiçik doğrayın. Soğanı yuyun və yarım üzük şəklində kəsin. Qozları xırdalayın. Öz zövqünüzə görə zeytun yağı əlavə edin, duzlayın, istiotlayın, narşərab əlavə edin. Sumax tökün. Salatı 15 dəqiqə saxlayın ki, sous və ədviyyələri canına çəksin.

Qozun tərkibində A, B1, B2, B6, B12, E, C, K, PP vitaminləri, Omeqa-3; amino və doymamış yağ turşuları, makro və mikroelementlər - fosfor, kalium, maqnezium, natrium, kalsium, sink, manqan və dəmir var.

Nuş olsun!
Etiketlər: Sumax, yuyun, əlavə, tərkibində, Omeqa, vitaminləri, Qozun, canına, dəqiqə, saxlayın, ədviyyələri, amino, çəksin, turşuları, natrium, kalsium, manqan, dəmir, maqnezium, kalium
BİZİ İZLƏYİN