Tərkibi:Bir stəkan bulqur
İki pomidor
Üç xiyar
Bir qırmızı bibər
Bir yaşıl bibər
İki qırmızı soğan
100 qram smetan
100 qram qatıq
Zövqə uyğun göyərti
Zövqə uyğun ədviyyat
Hazırlanması:Bulquru süzgəc vasitəsilə yaxşı yaxşı yuyuruq, sonra qaynamağa qoyuruq. Bu müddət ərzində digər inqredientləri xırda-xırda doğrayırıq. Bulqur qaynadıqdan sonra onu süzüb soyumağa qoyuruq. Bütün inqrediyentleri qarışdırıb üstünə soyutduğumuz bulqur smetan və qatığı əlavə edirik. Geriyə qalan sadəcə yaxşıca qarışdırmaqdı.
Nuş olsun!
Etiketlər: uyğun, Zövqə, yaxşı, sonra, xırda, smetan, qoyuruq, qırmızı, bibər, bulqur, inqrediyentleri, qarışdırıb, üstünə, Bütün, süzüb, Bulqur, qaynadıqdan, soyutduğumuz, soyumağa, əlavə