• Lyubaşa salatı resepti

Reseptin məlumatları Baxış sayı: 9 637

Tarix : 7-11-2020, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q toyuq döşü,
200 q göbələk,
4 ədəd yumurta,
2-3 ədəd kartof,
2 ədəd yerkökü,
5-6 şorba qaşığı mayonez,
2-3 x /q duru yağ,
1 ədəd soğan,
1 dəstə şüyüd yaxud cəfəri ,
1 dəstə yaşıl soğan ,

Hazırlanması:
Əvvəlcə toyuğu qaynadın.
Toyuq ətini təxminən 20 dəqiqə bişirin.
Bişirib soyutduğunuz ətləri kiçik dilimlərə doğrayın və yaxud da didikləyin.Bir cüt şirin yerkökü seçin.
Yerkökünü də qaynadıb soyudun.
Yerkökünün də qabıqlarını soyun.
Soyutduğunuz yerkökünü rəndələyin və yaxud da incə-incə doğrayın.Soğanı incə doğrayın 1 xörək qaşığı yağda göbələk ilə birlikdə qızardın.
Həm təzə, həm də dondurulmuş şampinon göbələyindən istifadə edə bilərsiniz.
Göbələkləri də doğrayın.
Yumurtaları da qaynadıb soyudun və qabıqlarını təmizləyin.
Qaynadılmış toyuq yumurtalarının da ağ və sarısını ayrıca qablara ovxalayın.
Kartofları da qabıqlı qaynadın.
Bişirdiyiniz kartofları soyub bir qaba döğrayın(rəndələyin).
Gözəl bir salat hazırlamaq üçün, böyük bir boşqabın ortasında bir stəkan qoyun.
Salat hazır olandan sonra stəkan rahat çıxsın deyə duru yağla yağlayın.
Stəkanın kənarından başlayaraq doğranmış kartofları yayın.
Üzərinə duz və mayonez çəkin.
Kartofun üzərindən toyuq ətini yayıb üzərinə azca duz və mayonez çəkin.
Təzə soğanı yuyun.
Sonra suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə sərin.
Yaşıl soğanları incə-incə doğrayıb ət qatının üzərinə yayın.
Sonra soğanın üzərinə yerkökünü yayın.
Azca duz səpib yenidən üzərinə mayonez çəkin.
Qızardılmış göbələkləri də yayın və üzərinə mayonez çəkin.
Sonra yumurta ağlarını yayın.
Yumurta ağının üstünə yumurta sarısını zolaq şəklində yayın.
Salatanın üstündəki sarı dilimlərin arasını yerkökü ilə doldurun.
Salat hazır olduqdan sonra stəkanı çıxardın.
“Lyubaşa” salatı hazırdır.
Salatı göyərti ilə gözəl bəzəmək qalır.
Salatı bayram süfrəsinə verməzdən əvvəl iki saat soyuducuda saxlayın.
Bu salat həm də qəlyanaltı süfrələrinin bəzəyidir.

Nuş olsun!
Etiketlər: yayın, üzərinə, mayonez, çəkin, doğrayın, yerkökü, Sonra, yaxud, yumurta, toyuq, salat, Salatı, yerkökünü, qaynadıb, soyudun, rəndələyin, kartofları, stəkan, Salat, sonra
BİZİ İZLƏYİN