• "Yeni il sürprizi" salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 082

Tarix : 8-11-2020, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ədəd orta ölçüdə qaynadılmış kartof,
5 ədəd bərk bişmiş yumurta,
3 ədəd təzə xiyar,
500 qram toyuq,
konservləşdirilmiş noxud,
150 qram sərt pendir,
yarım stəkan nar dənəsi,
bir ovuc qoz ləpəsi,
75 qram quru ərik,
duz,
mayonez 67%,

Hazırlanması:
Salat hazırlamaq üçün ət bişirilməlidir.
Ət yerinə toyuq filesi də istifadə edə bilərsiniz.
Əti adi şəkildə bişirin.
Suya duz, dəfnə yarpağı və bir az da noxud əlavə edin.
İstəsəniz toyuğu folqaya büküb sobada da bişirə bilərsiniz(Arzuya görə).
Əti soyudun və kiçik formada doğrayın.
Bişirdiyiniz kartof və yumurtanı soyun.
Hər iki ərzağı ayrı -ayrı qablara doğrayıb yığın.
Təzə xiyarları qdoğrayıb onu da bir qaba yığın və üzərinə bir az duz əlavə edin.
Xiyarın şirəsini çıxartmaq üçün duzda 5-10 dəqiqə saxlayın , sonra artıq suyunu sıxın.
Qozları incə doğrayın.
Quru ərikləri zolaq şəklində kəsin.
İndi salatı hazırlamağa başlaya bilərsiniz.
Düzbucaqlı bir görünüş vermək lazımdır .
Bunu bir formanın köməyi ilə edə bilərsiniz.
Formaya strec film çəkin.
İlk öncə qızardılmış və doğranmış kartofları düzün.
Bir spatula və ya qaşıq ilə düzəldin.
Sonra mayonezi çəkin.
İkinci təbəqəyə doğranmış əti düzün.
Bir salat üçün toyuq filesi götürübsünüzsə əvvəlcə onu mayonezlə qarışdırın ki ,çox quru olmasın.
Üçüncü qat isə doğranmış yumurtaları düzün.
Üzərindən mayonezi yayın.
Aralarına doğranmış qoz səpin.
Üzərindən uzunsov doğradığınız ərikləri düzün.
Bu dəfə mayonez çəkməyə də bilərsiniz.
Və nəhayət son qat suyu sıxılmış doğranmış xiyarı yayın.
Mayonezdən bir qat yenə çəkin.
Bunları hazırladıqdan sonra strc filmi qatlayaraq hazırladığınız salatı rulon şəklində bükün.
Hazır rulonu soyuducuya qoyub 3 saat orada saxlayın(bir gecə də qala bilər).
Rulonu 3 saatdan sonra soyuducudan çıxardaraq hər tərəfini mayonezlə qapadın.
Bu işləm qurtardıqdan sonra salatın bəzək hissəsinə başlamaq lazımdır.
Əvvəlcə nar toxumlarının zolaqlarını düzün.
Aralarındakı boşluğu yaşıl noxud və sərt pendirlə doldurun.
“Yeni il sürprizi” adlı salatınız bayram süfrəsində qonaqları təəccübləndirməyə hazırdır!
Bol -bol iştaha və ən dadlı Yeni il gecəsi!

Nuş olsun!
Etiketlər: düzün, bilərsiniz, doğranmış, sonra, toyuq, çəkin, noxud, ərikləri, mayonez, Üzərindən, filesi, yayın, saxlayın, əlavə, salatı, doğrayın, yığın, şəklində, mayonezlə, kartof
BİZİ İZLƏYİN