• Küncütlü gavalı salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 487

Tarix : 10-10-2014, 11:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 toyuq döşü
250 q (4 əd.) qırmızı gavalı
230 q (2 əd.) pomidor
kahı
2 x.q. mayonez
2 x.q. xama
1 ç.q. sirkə
0,5 ç.q. «mit masala» ədviyyatı (hil, qara istiot, keşniş toxumu, çili, sarımsaq, zəncəfil, sarıkök, darçın, mixək, muskat cevizi)
0,5 limon şirəsi
1 x.q. zeytun yağı
1 diş sarımsaq
duz
istiot
1 x.q. küncüt
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Toyuq filesini doğrayıb duz, sirkə və «mit masala» ədviyyatının qarışığında basdırma edin.

Gavalının qabığını soyun (üstünə qaynar su töküb 5 dəqiqə saxlayın, sonra soyuq suya qoyun, soyun). Kahı yarpaqlarını yuyub suyu çəkilməsi üçün aşsüzənə qoyun.
Tavanı möhkəm qızdırın, toyuğu marinə etdiyiniz suyu ilə birlikdə içinə töküb qovurun.

Pomidor və gavalıları dilimləyin. Hər boşqaba kahı yarpağı, üstünə pomidor və gavalı dilimləri qoyun, azca duzlayın, toyuq ətini qoyun. Üstünə zeytun yağı və limon şirəsinin qarışığından sous gəzdirə, eləcə də qara istiot və küncüt səpə bilərsiniz.

Başqa cür sous: mayonez, xama, limon şirəsi, sarımsaq, 1 ç.q. şəkər tozu, duz, istiot.

Nuş olsun!
Etiketlər: istiot, qoyun, limon, sarımsaq, şirəsi, soyun, töküb, üstünə, küncüt, zeytun, sirkə, mayonez, gavalı, toyuq, masala», pomidor, birlikdə, qovurun, içinə, etdiyiniz
BİZİ İZLƏYİN