Tərkibi:200 q pendir
200 q hisə verilmiş toyuğun döş əti
1 balaca baş kələm
100 q marinə edilmiş bolqar bibəri
100 q qatıq
göy soğan (3-4 ədəd)
duz
Hazırlanması:Toyuğun döş ətini və pendiri saman kimi doğrayın.
Bibəri blenderdə püre halına gələnə qədər xırdalayın, qatıq və duz əlavə edin.
Kələm yarpaqlarını bir neçə hissəyə bölüb boşqaba düzün. Üstünə toyuq əti və pendiri, xırda doğranmış göy soğanı qoyun, bibərlə qatıq sousunu üstünə gəzdirin.
Nuş olsun!
Etiketlər: qatıq, pendiri, bölüb, boşqaba, düzün, hissəyə, yarpaqlarını, xırdalayın, əlavə, Kələm, Üstünə, toyuq, bibərlə, sousunu, üstünə, gəzdirin, qoyun, soğanı, qədər, xırda