• Qaraciyər salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 953

Tarix : 11-10-2014, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q toyuq ciyəri (başqası da olar)
2 baş soğan
2-3 marinə edilmiş xiyar
0,5 banka göy noxud (400 ml)
mayonez
qızartmaq üçün bitki yağı

Hazırlanması:
Qaraciyəri yuyun, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Nazik saman kimi doğrayın. Tavada qaynar yağda 7-8 dəqiqə qızardın. Çox qızartmayın, əks halda bərk olacaq.

Ayrı tavada nazik yarımhalqa doğranmış soğanı qızardın. Artıq yağı süzün.

Xiyarı xırda kubik doğrayıb, suyunun süzülməsi üçün aşsüzənə yığın.

Göy noxudun suyunu süzün.

Bütün komponentləri qarışdırın. Mayonez, istəyə görə duz vurun.

Nuş olsun!
Etiketlər: suyunun, aşsüzənə, süzün, qızardın, soğanı, Artıq, doğranmış, yarımhalqa, halda, qızartmayın, olacaq, tavada, nazik, Xiyarı, kubik, Mayonez, qarışdırın, istəyə, vurun, olsun
BİZİ İZLƏYİN