Tərkibi:1 banka şampinyon konservi
göyərti - cəfəri, şüyüd, göy soğan (istəyə görə)
1 çiy yerkökü
toyuq əti (bişirilmiş), yaxud qızardılmış şampinyonlar
1 təzə xiyar
1-2 bişmiş kartof
2 bişmiş yumurta
1-2 təzə pomidor
mayonez
1 diş sarımsaq
Hazırlanması:Bir az dərin ləyən götürün. İçinə qida plyonkası sərin. Azacıq bitki yağı çəkin. Sonra lay-lay ərzaqları düzün:
1-ci lay - əzilmiş sarımsaq
2-ci lay - marinə edilmiş şampinyonları papaqları ağzıyuxarı olmaqla düzün
3-cü lay - doğranmış göyərti
4-cü lay - sürtgəcin xırda gözündən yerkökünü keçirib üstünə mayonez çəkin
5-ci lay - toyuq əti + mayonez
6-cı lay - saman kimi doğranmış təzə xiyar
7-ci lay - sürtgəcin iri gözündən keçirilmiş yumurta
8-ci lay - sürtgəcin iri gözündən keçirilmiş kartof
9-cu lay - kubik doğranmış pomidor (bunsuz da olar, həmçinin pomidordan bəzək kimi istifadə edə bilərsiniz).
Salatı soyuducuda minimum 6 saat saxlayın.
Süfrəyə verməzdən əvvəl ləyənçəni iri boşqaba tərs çevirib səliqə ilə plyonkanı götürün.
Nuş olsun!
Etiketlər: gözündən, sürtgəcin, doğranmış, mayonez, yumurta, kartof, bişmiş, pomidor, çəkin, götürün, göyərti, sarımsaq, keçirilmiş, xiyar, düzün, toyuq, bunsuz, kubik, olsun, həmçinin