• Bulqur salatı - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 366

Tarix : 22-10-2014, 20:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 fincan bulqur (buğda yarması)
2 st. qaynar su
1 x.q. tomat pastası
1 x.q. qırmızı bibər pastası
1/3 st. zeytun yağı
1 orta limonun şirəsi
2 x.q. narşərab
1/4 fincan xırda doğranmış soğan
1 st. doğranmış təzə cəfəri
1/2 st. doğranmış təzə nanə
1/2 fincan doğranmış göy soğan
1 çimdik qırmızı istiot (istəyə görə)
düz
kahı

Hazırlanması:
Bulquru ləyənçəyə tökün, qaynar su tökün (üstünü örtməlidir). Ağzını möhkəm bağlayıb 20 dəqiqə saxlayın. Bu müddətdə bulqur bütün suyu canına çəkəcək.
Tomat və qırmızı bibər pastasını əlavə edin, qarışdırın. Zeytun yağı, limon şirəsi, narşərab əlavə edin. Doğranmış göyərti və soğan, qırmızı istiot və duz vurun, qarışdırın.
Boşqaba kahı yarpaqları düzün, üzərinə salat qoyun.
Bulqur salatı - FOTO RESEPT

Bulqur salatı - FOTO RESEPT

Bulqur salatı - FOTO RESEPT

Bulqur salatı - FOTO RESEPT

Bulqur salatı - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qırmızı, doğranmış, fincan, soğan, bulqur, əlavə, qarışdırın, tökün, istiot, narşərab, şirəsi, qaynar, pastası, bibər, limon, Zeytun, bütün, çəkəcək, Tomat, canına
BİZİ İZLƏYİN