Tərkibi:200 q təzə şampinyon
2 orta boy baş soğan
0,5 banka qarğıdalı konservi
2 st. kartof püresi (5-6 kartof)
1 iri torba kartof çipsi (bəzək üçün)
1 hisə verilmiş toyuğun döş əti
10-15 x.q. mayonez
bitki yağı (qovurmaq üçün)
duz, istiot
göyərti - zövqə görə
Hazırlanması:5-6 kartofu bişirib püre hazırlayın (2 stəkan gərəkdir).
Göbələkləri tərtəmiz yuyun. Fal-fal doğrayıb az miqdarda bitki yağında soğanla birlikdə qovurun. Duz, istiot, zövqə görə göyərti əlavə edin.
Hazır göbələyin mayesini, yağını süzüb buluda yığın. Soyudun.
Göbələyin üzərinə soyudulmuş kartof püresinin yarısını döşəyin.
Mayonez çəkin.
Toyuq ətini doğrayın, ya da didin. Mayonezin üzərindən döşəyin.
Mayonez çəkin.
Qarğıdalı konservinin suyunu süzün, döşəyin. Üzərinə kartof püresinin qalanını çəkin.
"Qızılgülü" hazırlamaq üçün öncə ən xırda və bükülmüş çipsləri seçin - bu, qızılgülün ortası olacaq. Bunları ortaya, irilərini isə ətraflarına düzərək gül düzəldin.
Nuş olsun!
Etiketlər: kartof, çəkin, döşəyin, göyərti, istiot, zövqə, Mayonez, püresinin, bitki, Mayonezin, Qarğıdalı, üzərindən, suyunu, konservinin, ətini, soyudulmuş, üzərinə, Göbələyin, yarısını, Toyuq