• Quş yuvası salatı resepti

Reseptin məlumatları Baxış sayı: 23 090

Tarix : 15-11-2014, 18:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-4 kartof
2 baş soğan
4 yerkökü
5-6 yumurta
toyuq əti
mayonez
şüyüd
sarımsaq (istəyə görə)

Hazırlanması:
Kartofla kökü nazik saman kimi, soğanı yarımhalqa doğrayın. Növbə ilə bunları az yağda qızardın. Sonra salfetin üstünə qoyun ki, yağı çəkilsin.
Bişmiş toyuq ətini didin. Bişmiş yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını saman kimi doğrayıb, ətlə, qızardılmış tərəvəzlə qarışdırın. Mayonez vurun. Xırda doğranmış sarımsaq və ya xardal da vura bilərsiniz.

Qabın içinə qoyun. Ortasını dərinləşdirib quş yuvası formasına salın. Yumurtanın sarısını əzib mayonezlə, çox xırda doğranmış şüyüdlə qarışdırın. Alınan qarışıqdan əlinizlə kiçik kürələr (yumurtalar) hazırlayıb salatın ("quş yuvasının") ortasına qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, ağını, sarımsaq, saman, Bişmiş, doğranmış, toyuq, Yumurtanın, qarışdırın, yuvası, içinə, Ortasını, dərinləşdirib, xardal, vurun, Mayonez, Xırda, formasına, bilərsiniz, Qabın
BİZİ İZLƏYİN