• Mimoza salatı resepti

Reseptin məlumatları Baxış sayı: 73 880

Tarix : 30-12-2015, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 banka balıq konservi (sayra)
2 soğan
150 q bərk pendir
2 ədəd bişmiş kartof
5 bişmiş yumurta
mayonez

Hazırlanması:
Bişmiş yumurtaların ağını sarısından ayırın. Ağını sürtgəcin xırda gözündən keçirib dərin qaba döşəyin.

Üzərinə sürtgəcin xırda gözündən pendir keçirin.

Balıq konservini çəngəllə əzin. Yarısını pendirin üzərindən döşəyin.

Mayonez çəkin.

Soğanı xırda doğrayın. Üzərindən qaynar su axıdıb süzün, döşəyin.

Kartofu sürtgəcin xırda gözündən keçirin, soğanın üstündən döşəyin.

Balığın qalanını döşəyib üzərinə mayonez çəkin.

Yumurta sarılarını sürtgəcin xırda gözündən keçirib salatın üzərinə səpin. Üzərini göyərti və yumurta ilə bəzəyin.

Soyuducuda 2 saat saxlayın.

Nuş olsun!
Etiketlər: xırda, döşəyin, sürtgəcin, gözündən, keçirib, keçirin, üzərinə, yumurta, mayonez, pendir, çəkin, bişmiş, Balığın, Üzərindən, doğrayın, qaynar, üstündən, Kartofu, soğanın, süzün
BİZİ İZLƏYİN