• Astra salatı resepti

Reseptin məlumatları Baxış sayı: 16 334

Tarix : 19-04-2015, 19:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 toyuq döşü
2 ortaboy pomidor
2 diş sarımsaq
4 yumurta
1 qırmızı bolqar bibəri
1 st. ağ suxarı
duz
2 x.q. mayonez

Hazırlanması:
Toyuq ətini bişirin, xırda doğrayın.
Pomidoru kubik doğrayıb duzlayın.
Sarımsağı xırdalayın.
Yumurtaları suda bişirib soyudun, təmizləyin, sürtgəcin orta gözündən keçirin.
Bolqar bibərini kubik doğrayın.
Suxarını 3 dilim ağ çörəkdən hazırlayın: kubik doğrayın, üzərinə su və duz səpin, tavada qurudun.
Arasına nazik qat mayonez çəkməklə lay-lay düzün: toyuq + pomidor + sarımsaq + yumurta + bibər + suxarı.

Nuş olsun!
Etiketlər: doğrayın, kubik, suxarı, mayonez, yumurta, toyuq, sarımsaq, pomidor, hazırlayın, dilim, çörəkdən, bibərini, gözündən, keçirin, Bolqar, üzərinə, Suxarını, qurudun, düzün, bibər
BİZİ İZLƏYİN