• Qozlu salat resepti

Reseptin məlumatları Baxış sayı: 40 298

Tarix : 3-08-2015, 22:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
toyuq əti (filesi) — 150 q,
yumurta — 2 ədəd,
göbələk — 100 q,
soğan -1 ədəd,
pendir — 100 q,
sarımsaq — 2 diş,
qoz ləpəsi — 50 q,
mayonez – zövqə görə,

Hazırlanması:
Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın.
Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın. Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.
Sonra bunları soyudun.
Toyuq ətini qaynadın. Sonra bu toyuq ətini soyudun və xırda – xırda doğrayın.
Yumurtanı qaynadın və sürtgəcdən keçirin.
Sarımsağı pressdən keçirin.
Pendiri sürtgəcdən keçirin.
Boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın.

Qozlu Salat qat-qat yığın:
1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).
2-ci qat – yumurta (mayonez yaxılır).
3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).
4-cü qat – sarımsaqlı və mayonezli pendir.
5-ci qat – qoz ləpəsi.

Nuş olsun!
Etiketlər: mayonez, xırda, yaxılır, qaynadın, keçirin, toyuq, ətini, soyudun, sürtgəcdən, Sonra, doğrayın, Qozlu, soğanı, yumurta, ləpəsi, pendir, Sarımsağı, pressdən, Pendiri, sarımsaqlı
BİZİ İZLƏYİN