• Yunan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 61 782

Tarix : 25-05-2014, 15:41

Bölmə : Salatlar / Praktik reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
Reyhan - zövgə uyğun
Bolqar bibəri - 1 ədəd
Zeytun - 15 ədəd
Xiyar - 300 qram
Zeytun yağı - 3 xörək qaşığı
İstiot - zövgə uyğun
Cəfəri - zövgə uyğun
Pomidor - 500 qram
Baş soğan - 1 baş
Duz - zövgə uyğun
Feta pendiri - 150 qram

Hazırlanması:
Pomidor və xiyar doğranır, dərin qaba yığılır. Baş soğan halqa şəklində doğranır. Bolqar bibəri uzunsov doğranır, pomidor və xiyara əlavə edilir. Qabın içinə salat yarpağı salınır və doğranmış tərəvəzlər üstünə yerləşdirilir. Pendir kub şəklində doğranır və zeytunla birgə tərəvəzlərin üstünə qoyulur. Üstünə zeytun yağı tökülür, duzlanır, istiotlanır.

Nuş olsun!
Etiketlər: doğranır, uyğun, zövgə, şəklində, üstünə, Pomidor, soğan, Bolqar, bibəri, Zeytun, salat, yerləşdirilir, Pendir, olsun, tərəvəzlər, doğranmış, yarpağı, salınır, zeytunla, zeytun
BİZİ İZLƏYİN