• Şuba salatı resepti

Reseptin məlumatları Baxış sayı: 19 922

Tarix : 23-08-2015, 20:00

Bölmə : Salatlar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
Çuğundur: 1 kq
Kiçik doğranmış qoz: 1 stəkan
Sarımsaq: 2 diş
Duz
Mayonez: 3-4 qaşıq:

Hazırlanması:
Şuba salatı hazırlamaq üçün əvvəlcə çuğundurlar bişirilir. Çuğundurlar tam yumşaldıqdan sonra onların qabığı soyulur və sürtgəcin iri gözundən keçirilir. Sonra sarımsaqlar çox xırda doğranılır. Qoz və duz ilə birlikdə çuğundurun içərisinə əlavə edilir.

Bunları yaxşıca qarışdırdıqdan sonra ən sonda mayonez də əlavə edilir və hamısını birgə yenidən qarışdırılır.

Daha sonra şuba salatı özünü tutması üçün bir az soyuducuda saxlanılır.

Soyucuda biraz gözlədildikdən sonra şuba salatı süfrəyə soyuq halda verilir.

Nuş olsun!
Etiketlər: salatı, sonra, əlavə, edilir, qarışdırdıqdan, sonda, mayonez, hamısını, doğranılır, yaxşıca, içərisinə, birlikdə, birgə, Bunları, çuğundurun, yenidən, süfrəyə, gözlədildikdən, soyuq, halda
BİZİ İZLƏYİN