• Qozlu çuğundur salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 45 801

Tarix : 30-09-2015, 19:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 4-6

Tərkibi:
2 ədəd bişmiş çuğundur
2 diş sarımsaq
50-100 qr qoz ləpəsi
mayonez
duz
istiot

Hazırlanması:
Hazırlanma vaxtı reseptin əvvəlində 20 dəqiqə göstərilsədə, çuğunduru bişirmək ən azı 1 saat vaxtınızı apara bilər.

1. Məhsullar hazırlanır.
2. Salatın dadlı alınmasının ilk səbəbkarı çuğundurdu, bunun üçün çalışın mümkün qədər təzə çuğundur alasınız. Bişmiş, qabığı soyulmuş və soyudulmuş çuğundur sürtkəcdən keçirilir, sarımsaqlar xırda doğranılır, qoz ləpələri blender vasitəsi ilə (və ya sürtkəcdən keçirməklə) xırdalanır.
3. Çuğundura doğranmış sarımsaq əlavə edilir, duz və istiot vurulur.
4. Ardınca qoz ləpələri əlavə edilir.
5. Hamısı yaxşı qarışdırılır. Sonra mayonez əlavə edilir.
6. Və yenidən yaxşı qarışdırılır.
7. Artıq salat qabına yerləşdirmək olar.
8. Süfrəyə verilərkən göyərti ilə bəzədilə bilər, misal üçün reyhan yarpaqları ilə.

Qozlu çuğundur salatı resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, çuğundur, edilir, mayonez, Hazırlanma, qarışdırılır, bilər, yaxşı, sarımsaq, ləpələri, istiot, sürtkəcdən, xırdalanır, qabığı, Çuğundura, doğranmış, Bişmiş, soyulmuş, alasınız, vasitəsi
BİZİ İZLƏYİN