• Kahı salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 81 447

Tarix : 18-09-2015, 11:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd orta ölçüdə kartof
5 ədəd orta ölçüdə kök
2 ədəd yumurta
2 dəstə kahı
2 ədəd xiyar
1 dəstə keşniş
1 dəstə şüyüd
200 qr xama
200 qr mayonez
duz

Hazırlanması:
Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülüb qazanda qaynadılır.

Tam bişəndə qazdan gotürülür, suyu süzülür, soyudulur.

Kahının baş hissəsi kəsilir, yarpaqları yaxşı yuyulub qurudulur.

Kartof, kök, yumurta soyuduqdan sonra qabığı soyulur, xırda kub şəklindı doğranılır qaba tökülür.

Kahı, xiyar kub şəklində doğranılır qaba tökülür.

Göyərtilər yaxşı yuyulur, xırda doğranılır qaba tökülür.

Tərəvəzlərin üzərinə zövqə görə duz vurulub qarışdırılır.

Başqa bir qabda xama ilə mayonez qarışdırılır.

Tərəvəzlərə xama-mayonez qarışığı əlavə olunub qarışdırılır.

Kahı salatı resepti - FOTO RESEPT

Kahı salatı resepti - FOTO RESEPT

Kahı salatı resepti - FOTO RESEPT

Kahı salatı resepti - FOTO RESEPT

Kahı salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırılır, mayonez, doğranılır, tökülür, yumurta, dəstə, xırda, ölçüdə, Kartof, xiyar, yuyulur, yaxşı, üzərinə, qurudulur, sonra, soyulur, qabığı, şəklində, soyuduqdan, şəklindı
BİZİ İZLƏYİN