• Kurşevel salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 954

Tarix : 7-11-2015, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
200 q toyuq filesi
200 q suluquni
1 bolqar bibəri
1 ovuc fıstıq
1 x.q. kokos yonqarı
mayonez
göyərti
kahı
ədviyyat (duz, istiot və s. - zövqə görə)

Hazırlanması:
Toyuq ətini suda bişirin. Əti və pendiri kubik doğrayın.
Bibəri təmizləyib əvvəl nazik şəridlərə, sonra isə xırda romblara doğrayın.
Fıstığı xırdalayın (çox balaca olmasın).
Qarışdırıb mayonez, duz, istiot vurun.
Buluda kahı yarpaqları döşəyib salatı təpəcik yığın. Üzərinə kokos yonqarını səpib göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: mayonez, göyərti, doğrayın, kokos, istiot, balaca, olmasın, Qarışdırıb, vurun, olsun, xırdalayın, xırda, romblara, Fıstığı, Buluda, yarpaqları, təpəcik, yonqarını, yığın, səpib
BİZİ İZLƏYİN