• Qırmızı kvartet salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 954

Tarix : 15-09-2017, 22:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
20 ədəd çerri pomidoru
1 iri qırmızı bibər
1 nar
1 qırmızı soğan
keşniş
(bu salata feta, yaxud brınza əlavə edə bilərsiniz)

sous:
zeytun yağı
üzüm sirkəsi və ya limon şirəsi
qara istiot
duz
dənəvər xardal (zövqə görə)

Hazırlanması:
Bibəri sobada üzəri qaralanadək bişirin, sonra qabığını təmizləyin.
Kubik, yaxud saman kimi doğrayın.
Soğanı yarımhalqa doğrayın.
Pomidorları ortadan bölün.
Keşnişi xırda doğrayın.
Narı dənələyin.
Bütün ərzağı bir qaba yığın. Sous üçün olan ərzağı qarışdırıb salatın üzərinə gəzdirin, qarışdırın.
15 dəqiqə saxlayın.
Zövqə görə pendir də əlavə edə bilərsiniz. O zaman pendiri də kubik doğrayın.

Nuş olsun!
Etiketlər: doğrayın, qırmızı, yaxud, əlavə, bilərsiniz, ərzağı, xırda, dənələyin, Bütün, bölün, Soğanı, saman, yarımhalqa, Pomidorları, yığın, ortadan, Keşnişi, üzərinə, zaman, pendirləri
BİZİ İZLƏYİN