• Nadiya - səbətdə salat resepti

Reseptin məlumatları Baxış sayı: 15 947

Tarix : 6-09-2017, 22:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
"səbət":
500 q un
100 q marqarin
1/2 st. süd
3 x.q. xama
2 yumurta
1 x.q. şəkər tozu
1/2 ç. q. duz

iç:
200 q şirin bibər
200 q yerkökü
1 baş soğan
1 alma
1 pomidor
1 x.q. bitki yağı
duz
göyərti - zövqə görə

Hazırlanması:
İç: Bibər və yerkökünü saman kimi doğrayıb yarımbişmiş hala gələnədək qovurun. Xırda doğranmış soğan, pomidor, saman kimi doğranmış alma əlavə edib bişirin.

"Səbət": yumurtaları süd, şəkər tozu, duz, yumşaldılmış marqarin və xamayla çalın. Qarışdıraraq un əlavə edin.

Xəmiri 2-3 mm qalınlıqda yayıb, dairələr kəsərək xırda formalara döşəyin.

Xəmiri bir neçə yerdən deşin. İç doldurub sobada "səbətlər" qızarınca bişirin.

Formadan çıxarıb soyudun. Süfrəyə soyuq halda verin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, doğranmış, Xəmiri, saman, pomidor, soğan, şəkər, marqarin, döşəyin, qalınlıqda, yerdən, formalara, yayıb, deşin, kəsərək, dairələr, xırda, səbətlər, soyuq
BİZİ İZLƏYİN