• Qayğanaqlı salat resepti

Reseptin məlumatları Baxış sayı: 20 755

Tarix : 5-12-2015, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 q toyuq filesi
7 yumurta
200 q soğan
duz
mayonez
bitki yağı
1 banka qarğıdalı konservi

Hazırlanması:
Toyuq filesini suda bişirin (qaynara düşəndən sonra 20 dəqiqə bişirin).

(Soğan sevməyənlər onu reseptdən çıxara bilərlər).

Soğanı xırda doğrayıb, üzərinə qaynar su töküb 10 dəqiqə saxlayın, süzüb soyuq su ilə yuyun.

Toyuq bişən müddətdə qayğanaqları da bişirin. Hər yumurtanı ayrılıqda qaba qırın, duz-istiot vurun, çalın. Bitki yağını tavada qızdırın, yumurtanı töküb hər iki üzünü qızardın. (Hər yumurtanı ayrılıqda bişirin). 7 qayğanağı üst-üstə yığıb 4 yerə bölün, sonra saman kimi doğrayın.

Bişib soyumuş fileni xırda doğrayın, yumurta, soğan, süzülmüş qarğıdalı konservi, duz, mayonezlə qarışdırın.

Nuş olsun!
Etiketlər: bişirin, yumurtanı, doğrayın, Toyuq, sonra, xırda, ayrılıqda, töküb, konservi, dəqiqə, yumurta, soğan, qarğıdalı, Bitki, tavada, çalın, yağını, vurun, olsun, qarışdırın
BİZİ İZLƏYİN