• Zeytun salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 310

Tarix : 25-12-2015, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q duza qoyulmuş qara zeytun
4 göy soğan
2 dəstə cəfəri
1 x.q. qırmızı pul bibər
2 x.q. narşərab
2 x.q. zeytun yağı

Hazırlanması:
Qara zeytunları bol su ilə yuyun. 1-2 saat isti suda saxlayın. Çəyirdəklərini çıxarın. Soğan və cəfərini xırda doğrayıb əlavə edin. Qırmızı pul bibəri səpib qarışdırın, buluda yığın. Üzərinə narşərab və zeytun yağı gəzdirin.

Nuş olsun!
Etiketlər: zeytun, narşərab, bibəri, Qırmızı, səpib, doğrayıb, xırda, əlavə, qarışdırın, gəzdirin, olsun, Üzərinə, yığın, buluda, cəfərini, çıxarın, cəfəri, qırmızı, dəstə, soğan
BİZİ İZLƏYİN