Tərkibi: 2 toyuq filesi
3 yumurta
1 baş qırmızı soğan
150 q pendir
2 alma
3 x.q. mayonez
duz
qara istiot
bəzək üçün:qoz, qara zeytun
Hazırlanması:Soğanı, bişmiş yumurtanı və toyuq ətini xırda doğrayın.
Almanı və pendiri ayrılıqda sürtgəcin iri gözündn keçirin.
Mayonez, duz, istiot əlavə edərək hamısını qarışdırın.
Salatı boşqaba qoyub meymunun başı formasını verin.
Qozu xırdalayın. 50 q pendiri sürtgəcin xırda gözündən keçirin.
Salatı şəkildə gördüyünüz kimi bəzəyin.
Yarım saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: xırda, pendiri, sürtgəcin, Salatı, istiot, keçirin, toyuq, verin, xırdalayın, formasını, gözündən, qoyub, qarışdırın, boşqaba, şəkildə, meymunun, gördüyünüz, süfrəyə, bilərsiniz, olsun