• Düyü salatı resepti

Reseptin məlumatları Baxış sayı: 72 635

Tarix : 26-05-2014, 10:40

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su st. düyü
1,5 su st. isti su
1 su st. bitki yağı
1 banka (250 q) Meksika qarışığı (yaşıl noxud, qarğıdalı, qırmızı bibər konservi)
1 banka (250 q) xiyar turşusu
1 dəstə şüyüd
1 dəstə cəfəri
1 dəstə göy soğan
2-3 yarpaq xırda doğranmış marul (xırda yaşıl kələm)
500 q qatıq
3 x.q. mayonez
1 qırmızı bibər
1 sarı bibər
duz
istiot

Hazırlanması:
Düyünün üzərinə su töküb qaynadın, amma diri qalsın. Suyunu süzüb bitki yağı, duz, istiot əlavə edib qarışdırın. Meksika qarışığını əlavə edin, qarışdırın. Ocaqdan götürüb yarısını kənarı açılan formanın içinə tökün. Üzərini qaşıqla hamarlayın. Xiyar turşusunu dilimləyib üzərinə düzün.

Başqa bir qabda göyərtiləri və marulu xırda doğrayıb qarışdırın, salatın üzərinə yayın.

Qatıqla mayonezi qarışdırıb göyərtinin üzərinə çəkin.

Düyünün qalan yarısını salatın üzərinə döşəyin. Üzərinə halqa doğranmış sarı və qırmızı bibərləri iç-içə düzün. Ortalarına mayonezli qatıqda çəkin.

Nuş olsun!
Etiketlər: istion, üzərinə, bibər, qarışdırın, xırda, qırmızı, dəstə, doğranmış, banka, çəkin, əlavə, istiot, bitki, Düyünün, düzün, Meksika, yarısını, salatın, yaşıl, qaşıqla, doğrayıb
BİZİ İZLƏYİN