• Çuğundur salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 768

Tarix : 18-06-2016, 18:00

Bölmə : Salatlar

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 kq çuğundur
1 stəkan xırdalanmış qoz
2 diş sarımsaq
Zövqə görə duz
3-4 x.qaşığı mayonez

Hazırlanması:
Əvvəlcə çuğundurları bişiririk. Tam yumşaldıqdan sonra qabığını soyub sürtgəcin iri gözundən keçiririk. Sarımsaqları da çox xırda doğrayırıq, qoz və duz ilə birlikdə çuğundurun içərisinə əlavə edirik. Bunları yaxşıca qarışdırdıqdan sonra ən sonda mayonezi də əlavə edirik və hamısını birgə yenidən qarışdırırıq. Daha sonra özünə gəlməsi üçün bir az soyuducuda saxlayırıq.

Nuş olsun!
Etiketlər: sonra, edirik, əlavə, yaxşıca, qarışdırdıqdan, birlikdə, Bunları, sonda, çuğundurun, içərisinə, mayonezi, gəlməsi, soyuducuda, saxlayırıq, olsun, özünə, qarışdırırıq, hamısını, birgə, yenidən
BİZİ İZLƏYİN