• Toyuq ciyərindən salat resepti

Reseptin məlumatları Baxış sayı: 16 310

Tarix : 23-06-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
toyuq ciyəri – 200 – 300 qr.;
soğan – 2-3 ədəd.;
yumurta – 4 ədəd.;
mayonez – 2 xörək qaşığı;
bitki yağı – 2 xörək qaşığı;
duz – sövqə görə; soya sousu – 1 çay qaşığı;
sarımsaq – zövqə görə

Hazırlanması:
Toyuq ciyərini yuyub təmizləyin və qabiqdan təmizləyin.Sonra doğrayıb ( çox xırda olmamaq şərti ilə) bitki yağında qızardın
Soğanı halqa şəklində doğrayıb bitki yağında qızılı rəngə düşənə kimi qızardın.Soğanı qızardan zaman soya sousu və ya azacıq sarımsaq da əlavə edə bilərsiniz.
Qızardılmış soğanı və toyuq ciyərini dərin salatlıq qaba boşaldın
Yumurtanı yaxşıca çalın.Yumurtanı çaldıqdan sonra tavaya töküb çox qalın olmamaqla bişirin
Soyudub uzununa nazik – nazik doğrayın və onu da hazırladığınız toyuq ciyəri ilə qızardılmış sağanın üzərinə əlavə edin.
Bunların hamısının üzərinə mayonez əlavə edib qarışdırın və süfrəyə verin.

Nuş olsun!
Etiketlər: bitki, qaşığı, əlavə, toyuq, doğrayıb, ciyərini, təmizləyin, nazik, Soğanı, qızardın, yağında, ciyəri, üzərinə, xörək, mayonez, sousu, Yumurtanı, sarımsaq, yaxşıca, olmamaqla
BİZİ İZLƏYİN