• Paytaxt salatı resepti

Reseptin məlumatları Baxış sayı: 18 157

Tarix : 10-08-2016, 22:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 balaca banka yaşıl noxud,
200 q ət (qoyun ya da mal əti, toyuğun döş əti də ola bilər),
3 ədəd yumurta,
3 ədəd kartof,
2 ədəd yerkökü,
2 balaca duzdu xiyar,
1 ədəd tər xiyar,
2-3 ədəd turp,
keşniş,
şüyüd,
göy soğan,
duz-istiot,
xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz).

Hazırlanması:
İlk öncə yaşıl noxudun suyunu süzmək lazımdır. Noxud süzülənə qədər artıq kök, yumurta, kartof və salatın əti hazır olmalıdır. Hər şey hazır olandan sonra kartof, yumurta və yer kökü xırda dörd künc şəklində doğranılır. Salatı mətbəx taslarında hazırlayın. Kartof, yumurta və yer kökü doğradıqdan sonra, tər xiyar, duzdu xiyar, göyərtilər və turp xırda doğranılır və salata əlavə edilir. Bunları etdikdən sonra əti didin, didilmiş ət və süzülmüş yaşıl noxud salata əlavə olunur, duz-istiot vurulur.

Yekun olaraq mayonez və xama əlavə olunur və yalnız bu zaman salatı qarışdırmağa başlaya bilərsiz. Yaxşıca qarışdırıldıqdan sonra salatınız hazır olacaq.

Nuş olsun!
Etiketlər: xiyar, yumurta, sonra, hazır, yaşıl, kartof, əlavə, olunur, mayonez, balaca, doğranılır, istiot, salata, noxud, xırda, duzdu, didin, didilmiş, süzülmüş, qoyun
BİZİ İZLƏYİN