• Qızıl xoruz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 30 282

Tarix : 6-07-2014, 13:25

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd toyuq döş əti
100-150 qr göbələk
200 qr mayonez
1 ədəd soğan
5 yumurta
200 qr düyü
150 qr qoz

Hazırlanması:
Toyuq ətini, düyünü, yumurtanı qaynadın.
Toyuğun ətini sümüklərindən ayırın, xırda kubik şəklində doğrayın, yumurtalarıda doğramayı unutmayın:)
Göbələkləri soğanla bərabər xırda doğrayaraq qızardın, və cəvizləri rəndədən keçirdin.
Düyü-mayonez-toyuq-mayonez-göbələk-mayonez-yumurta-mayonez-cəzviz-mayonez şəklində qat-qat düzün.(hər qatı mayonezlə incə incə yağlayın)
Salatın üzərini rəndədən keçrilmiş yumurta sarısıyla örtün və istəyə görə toyuq və ya xoruz şəklində düzəldin.
Qırmızı və yaşıl sarı bibərlə pipiyini quyruğunu düzəldib bəzəyin.
Salatı 1 saat və ya 1 gecə soyuducuda saxladıqdan sonra süfrəyə verin.

P.S: göbələk sevməyənlər qarğıdalı və ya yaşıl noxud konservası istifadə edə bilər.

Nuş olsun
Etiketlər: mayonez, yumurta, şəklində, toyuq, göbələk, rəndədən, xırda, ətini, yaşıl, quyruğunu, bibərlə, pipiyini, düzəldib, düzəldin, sarısıyla, keçrilmiş, örtün, istəyə, bəzəyin, xoruz
BİZİ İZLƏYİN