• Qovrulmuş keçi pendiri ilə salat resepti

Reseptin məlumatları Baxış sayı: 12 278

Tarix : 23-08-2016, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 tortilya (yaxud xırda yuxa)
1 marul kələmi
2 qırmızı bibər
1 yerkökü
2 pomidor
1 st. doğranmış qara zeytun
1 st. qarğıdalı konservi
yarım st. bibər turşusu

qovrulmuş keçi pendiri üçün:
400 q keçi pendiri
1 ç.q. bal

sous:
1 armudu st. zeytun yağı
1 x.q. xardal
1 ç.q. bal
1 limonun şirəsi
duz
istiot

Hazırlanması:
Tortilyaları (yaxud yuxaları) maffin qablarına, yaxud odadavamlı digər orta boy qablara yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
Marul kələmini iri doğrayın. Bibəri və yerkökünü nazik saman kimi doğrayıb kələmə qatın.
Pomidorları kubik doğrayın, zeytun, qarğıdalı və bibər turşusu ilə birlikdə kələmə əlavə edib qarışdırın.
Keçi pendirini fal-fal doğrayın. Tavada qızardın. Üzərinə bal gəzdirib ocaqdan götürün.
Sous üçün lazım olan ərzağı çəngəllə çalıb salatın üzərinə gəzdirin. Qarışdırıb tortilya kasalarına paylaşdırın. Qovrulmuş keçi pendiri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: pendiri, bibər, zeytun, yaxud, doğrayın, kələmə, turşusu, tortilya, qarğıdalı, birlikdə, qarışdırın, Tavada, pendirini, kubik, əlavə, qatın, saman, nazik, doğrayıb, qızardın
BİZİ İZLƏYİN