• Balqabaq, yaşıl noxud və penne rigate ilə soyuq salat resepti

Reseptin məlumatları Baxış sayı: 12 032

Tarix : 28-08-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
»»500 qr Penne rigate pastası
»»500 qr balqabaq
»»1 çay qaşığı şəkər tozu
»»30 qr kərə yağı
»»1 dəstə cəfəri
»»2 diş sarımsaq
»»200 qr dondurulmuş yaşıl noxud
»»Duz
»»İstiot

Hazırlanması:
Balqabağı kubiklərə doğramaq, qazana yerləşdirmək, şəkər və duz səpmək.
½ stəkan su əlavə etmək və qapağı örtərək asta odda 15 dəqiqə hazırlamaq.
Noxudu 2 dəqiqəlik duzlu qaynayan suya salmaq, sonra isə süzgəcə atmaq.
Cəfərini yuyub qurutmaq.
Cəfəri dəstinin yarısını narın doğramaq, qalanını isə iri yarpaqlara ayırmaq.
Sarımsağı təmizləmək və narın doğramaq.
Tavada kərə yağını isitmək, sarımsaq və xırda doğranılmış cəfərini əlavə edib 2 dəqiqə bişirmək.
Penne rigate Saville pastasını qaynatmaq və soyutmaq.
Onları boranı, noxud və sarımsaqlı sous ilə qarışdırmaq.
Süfrəyə veriləndə qalan cəfərini və pendiri üzərinə səpmək.

Nuş olsun!
Etiketlər: doğramaq, sarımsaq, »»500, noxud, dəqiqə, şəkər, səpmək, rigate, Penne, cəfərini, narın, əlavə, xırda, yağını, isitmək, ayırmaq, qalanını, yarısını, dəstinin, yarpaqlara
BİZİ İZLƏYİN