• Portağallı hind quşu salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 309

Tarix : 15-01-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel


Tərkibi:
Hind quşu əti-250 qr. (toyuq əti ilə əvəz edə bilərsiz)
Portağal-1 ədəd
Holland pendiri-100 qr.
Yumurta-3 ədəd
Mayonez
Cəfəri

Hazırlanması:
Hind quşu ətini duzlu suda bişirin.
Yumurtaları suda bişirin.
Cəfərini kəsib ədəcəyəniz qaba əlavə edin, üsdünə kubik kəsilmiş əti. Mayonez sürtün. Üsdünə sürtkəcdən keçirilmiş holland pendiri səpin. Sonra Xirda kəsilmiş portağal qoyun. Yumurtanın sarısını ağından ayırın. Əvvəl ağını sürtkəcdən keçirin. Mayonez. Və sonda yumurtanın sarısını sürtkəcdən keçirin. Portağalla və göyərti ilə bəzəyin. Porsion etmək istəmirsinizsə. Hamısını qarışdıra da bilərsiz. Amma belə daha effektli görsənir

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: Mayonez, sürtkəcdən, sarısını, bişirin, pendiri, kəsilmiş, keçirin, bilərsiz, ağını, Əvvəl, ağından, qoyun, Yumurtanın, sonda, ayırın, göyərti, Hamısını, qarışdıra, effektli, görsənir
BİZİ İZLƏYİN