• Toyuqla Sezar salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 701

Tarix : 12-09-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kahı - 1 dəstə
Çörək - 250 q
Toyuq filesi - 2 ədəd
Zeytun yağı - 150 ml
Parmezan pendiri - 100 q
Yumurta - 1 ədəd
Pomidor (çerri)- 5 ədəd
Xardal - 1 ç.q
Sarımsaq - 3 diş
Üzüm sirkəsi - 2 ç.q
Duz, istiot - zövqə görə

Hazırlanması:
- Ağ çörəyi böyük kublar şəklində doğrayın, qızdırılmış tavaya tökün
- üzərinə zeytun yağı və əzilmiş sarımsaq əlavə edib, yaxşıca hər tərəfini qızardın ( diqqət etmək lazımdır ki yanmasın)
- Toyuq filesini yuyub, qurudun, duz istiot vurub qızdırılmış tavada qızardın ( diqqət etmək lazımdır ki qurumasın)
- hazır olduqdan sonra fileni istənilən formada doğrayın ( kublar şəklində və yaxud fal - fal)
- sous hazırlamaq üçün blenderdə 1 yumurta, 1 diş sarımsaq, xardal, zeytun yağı, sirkə, duz və istiotu çalın.
- kahını yuyub qurudun, əlinizlə doğrayın (istənilən ölçüdə etmək olar)
- kahını boşqabın dibinə düzün, üstündən toyuq filesini qoyun, üzərinə sousu tökün.
- sousun üstündən suxarilər qoyun, üstünə isə nazik fal - fal doğranmış və ya sürtgəcdən keçirilmiş parmezan pendiri səpin və sonra çerri pomidorlarını düzün.

Nuş olsun!
Etiketlər: etmək, doğrayın, qızardın, diqqət, sarımsaq, zeytun, qızdırılmış, tökün, üzərinə, filesini, düzün, üstündən, qoyun, kahını, istənilən, yuyub, sonra, lazımdır, qurudun, Toyuq
BİZİ İZLƏYİN